01 / 07BAKI, AZƏRBAYCAN

VƏKİL · PEŞƏKAR HÜQUQİ XİDMƏT

Abbas Kərimbəyli

Fiziki şəxslər və biznes üçün hüquqi məsləhət, müdafiə və təmsilçilik.

Konsultasiya
02 / 07Vəkil haqqında

PEŞƏKAR YOL

Məhkəmə sistemindən vəkilliyə

Bakı Şəhər Məhkəməsində, sonra isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çalışmışam. 2007-ci ildən Vəkillər Kollegiyasının üzvüyəm. Hazırda Fides Vəkil Bürosunda vəkillik edirəm.

il hüquqi təcrübə
19+
məmnun müştəri
500+
hüquq sahəsi
8
uğur göstəricisi
98%
Peşəkar bioqrafiya
Vəkil Abbas Kərimbəyli
Abbas KərimbəyliFides Vəkil Bürosu

Peşəkar bioqrafiya

Peşəkar fəaliyyət

  1. 1997–2000Bakı Şəhər Məhkəməsi
  2. 2000–2007Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi
  3. 2007-ci ildənAzərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
  4. 2020-ci ildənVəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü

Təhsil

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, hüquq fakültəsi Beynəlxalq hüquq üzrə təhsil almışam.

Təltif və fəxri adlar

  • Vəkillər Kollegiyasının Fəxri Fərmanı
  • Azərbaycan vəkilliyinin 100 illiyi yubiley döş nişanı
  • Vəkillər Kollegiyasının verdiyi «Fəxri Hüquq Doktoru» adı
Xarici dillər
Rus və ingilis dilləri
Müraciət mövzuları
Cinayət və mülki işlər, ailə, miras və əmlak məsələləri, bizneslə bağlı məsələlər, əmək mübahisələri və inzibati işlər.
Xidmətlərə baxın

Vəkillər Kollegiyasının reyestriKərimbəyli Abbas Yaqub oğlu

636-VK Reyestrə baxın
03 / 07Xidmətlər

Hüquqi xidmətlər

Vəziyyətinizə uyğun xidməti seçin. Hər bölmədə sizə necə kömək edə biləcəyimi izah edirəm.

Xidmətlərə baxın
Kommersiya hüququ Şirkətin qurulması, tərəfdaşlıq və biznes müqavilələri.

Kommersiya müqavilələrini və tərəfdaşlıq sazişlərini hazırlayır, mövcud sənədləri yoxlayıram. Şirkətin idarə edilməsi və kommersiya mübahisələri üzrə hüquqi dəstək göstərirəm.

Kommersiya hüququ
Cinayət hüququ Dindirməyə çağırış, saxlanılma və məhkəmədə müdafiə.

İşin materiallarını nəzərdən keçirir, istintaq və məhkəmə üçün müdafiə xətti hazırlayıram. Şahid qismində dindirilərkən hüquqi dəstək göstərir, qərardan şikayət vermək imkanını qiymətləndirirəm.

Cinayət hüququ
Ailə hüququ Boşanma, aliment, uşaqlarla bağlı razılaşmalar, miras və vəsiyyətnamə.

Uşağın kiminlə yaşayacağı, görüş qaydası və əmlak bölgüsü üzrə razılaşma hazırlamağa kömək edirəm. Nikah müqaviləsi, övladlığa götürmə, mirasın rəsmiləşdirilməsi və vəsiyyətnamə ilə bağlı da müraciət edə bilərsiniz.

Ailə hüququ Vərəsəlik hüququ
Mülk hüququ Ev və ya torpaq alqı-satqısı, icarə və mülkiyyət mübahisələri.

İmzalamazdan əvvəl əmlak sənədlərini və müqavilə şərtlərini yoxlayıram. Alqı-satqı və icarə müqavilələrinin hazırlanması, ipoteka və mülkiyyət hüququnun qeydiyyatı üzrə kömək edirəm.

Əmlak hüququ
Əmək hüququ Əmək müqaviləsi, əməkhaqqı, iş şəraiti və işdən çıxarılma.

İşçilərə və işəgötürənlərə əmək müqavilələrinin hazırlanması və yoxlanmasında kömək edirəm. Əmək mübahisələrində sənədləri nəzərdən keçirir və hansı addımların mümkün olduğunu izah edirəm.

Əmək hüququ
İnzibati hüquq Dövlət orqanının qərarına etiraz, lisenziya, icazə və dövlət satınalmaları.

Dövlət orqanının qərarını nəzərdən keçirir, şikayət hazırlamağa kömək edir və inzibati məhkəmədə maraqlarınızı təmsil edə bilirəm. Lisenziya, icazə və dövlət satınalmaları ilə bağlı sənədlər üzrə məsləhət verirəm.

İnzibati hüquq

Hansı mövzunun sizə uyğun olduğuna əmin deyilsiniz? Müraciət edərkən vəziyyətinizi qısa təsvir edin.

Abbas Kərimbəyli iş masasında
Abbas KərimbəyliFides Vəkil Bürosu
04 / 07Yanaşma

İşə yanaşmam

İlk konsultasiyada vəziyyətinizi aydınlaşdırırıq və növbəti addımları müzakirə edirik.

  • İlk müraciət

    Məsələnizi qısa izah edin. Məhkəmə iclasının tarixini və ya sənəd təqdim etmək üçün son günü bilirsinizsə, qeyd edin.

  • Növbəti addım

    Məsələnizi və varsa, sənədlərinizi nəzərdən keçirirəm. Mümkün variantları və hər birinin sizin üçün nə demək olduğunu izah edirəm.

  • Vəkil sirri

    Müraciətiniz və işiniz barədə paylaşdıqlarınız vəkil sirri ilə qorunur. Sənədləri necə göndərəcəyinizi əvvəlcədən razılaşdıraq.

  • Məhkəmə təcrübəm

    1997–2007-ci illərdə iki məhkəmədə çalışmışam. 2007-ci ildən vəkillik edirəm.

    Təcrübəm haqqında
05 / 07Suallar

Tez-tez verilən suallar

İlk konsultasiya, qiymət, işin müddəti və məxfilik barədə qısa cavablar.

İlk konsultasiya necə keçir?

Əvvəlcə məsələnizi dinləyirəm. Sonra hansı köməyə ehtiyacınız olduğunu və nədən başlaya biləcəyinizi müzakirə edirik. Məhkəmə iclası və ya vacib son tarix varsa, onu əvvəlcədən qeyd edin.

Xidmətin qiyməti nədən asılıdır?

Qiymət işin mürəkkəbliyindən, görüləcək işdən və ona lazım olan vaxtdan asılıdır. İşə başlamazdan əvvəl qiyməti və xidmətə nələrin daxil olduğunu dəqiqləşdirə bilərsiniz.

İşim nə qədər çəkə bilər?

Müddət işin mürəkkəbliyindən və sənədlərin hazır olub-olmamasından asılıdır. İş məhkəməyə gedərsə, iclas tarixləri də müddətə təsir edir. Məsələnizlə tanış olandan sonra sizi hansı mərhələlərin gözlədiyini izah edə bilərəm.

Müraciətim məxfi qalırmı?

Bəli. Hüquqi yardım üçün müraciətiniz və mənə danışdıqlarınız vəkil sirri ilə qorunur. Məxfi sənədləri necə göndərəcəyinizi əvvəlcədən razılaşdıraq.

Ofisə gəlmədən konsultasiya ala bilərəm?

Bəli, telefon və ya video ilə konsultasiya üçün müraciət edə bilərsiniz. Sizə uyğun vaxtı və formatı razılaşdırmaq üçün yazın və ya zəng edin.

06 / 07Əlaqə

Vəkillə əlaqə

Konsultasiya vaxtını razılaşdırmaq üçün yazın və ya zəng edin.

Konsultasiya Əlaqə

Telefon və e-poçt

Fides Vəkil Bürosu

Füzuli küçəsi 47, Füzuli Residence, 3-cü mərtəbə

Bazar ertəsi – cümə, 09:00–18:00

Kontaktı yadda saxlayın

Kodu telefonun kamerası ilə oxudun.

Kontaktlara əlavə edin

Vəkillə əlaqə

Mövzu

Məsələnizi qısa izah edin. Vacib tarix varsa, onu da yazın.

E-poçt

Mesaj seçdiyiniz tətbiqdə qaralama kimi açılacaq. Mətni orada yoxlayıb göndərin.

Telefonla əlaqə

Vəkilə zəng edin